Xəbərlər


Tibbi tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirici görüşlər keçirilib

01 Sentyabr 2026, 14:15

Tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına mümkün təsirlərinin qarşısının alınması, eləcə də bu sahədə mövcud tələblərə əməl olunmasının təşviqi məqsədilə növbəti görüşlər Respublika Pediatriya Mərkəzinin Yasamal Uşaq Klinik Xəstəxanasında, Abşeron rayonu Ceyranbatan Ailə Sağlamlıq Mərkəzində və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən keçirilən görüşlərdə tibbi tullantıların yaranma mərhələsindən etibarən düzgün idarə olunmasının vacibliyi vurğulanıb. Tibb işçilərinə tullantıların kateqoriyalar üzrə ayrılması, təhlükəsiz şəkildə toplanması və müvəqqəti saxlanılması, daşınması, həmçinin zərərsizləşdirilməsi zamanı nəzərə alınmalı tələblər izah edilib. Maarifləndirici tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.