Xəbərlər


“Xəzəri Qoruyaq!” təmizlik aksiyasına start verilib

03 Sentyabr 2026, 17:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, dövlət və özəl təşkilatların tərəfdaşlığı ilə ilin ilk “Xəzəri Qoruyaq!” sahilyanı təmizlik aksiyası Xəzər dənizinin Xaçmaz sahilində keçirilib.

Aksiya çərçivəsində könüllülərin iştirakı ilə 3 hektar sahil ərazisi tullantılardan təmizlənib. Ümumilikdə 400 kiloqram tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.

“Xəzəri Qoruyaq!” aksiyası ənənəvi olaraq hər il keçirilir və Xəzər sahillərinin tullantılardan təmizlənməsi ilə yanaşı, ətraf mühitin qorunmasına diqqətin artırılmasını və vətəndaşlar arasında ekoloji məsuliyyətin təşviqini hədəfləyir.