27 Oktyabr 2026
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıqMilli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.