Xəbərlər


“III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində ağacəkmə aksiyası keçirilib.

27 Oktyabr 2026, 16:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “III Yaşıl düşüncə” maarifləndirmə proqramı çərçivəsində gənclərin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində gənclərin fəal iştirakını və təşəbbüskarlığını təşviq etməkdir.