Xəbərlər


“Tibbi tullantıların təhlükəsiz idarə olunması” mövzusunda növbəti görüşlər keçirilib

26 Oktyabr 2026, 17:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən növbəti görüşlər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında və Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən "Qəlb” klinikasında təşkil olunub.

Görüşlərdə tibb işçilərinə tullantıların kateqoriyalar üzrə ayrılması, təhlükəsiz şəkildə toplanması və müvəqqəti saxlanılması, daşınması, həmçinin zərərsizləşdirilməsi zamanı nəzərə alınmalı tələblər izah edilib.

Tədbirlərin məqsədi tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına mümkün təsirlərinin qarşısının alınması, eləcə də bu sahədə mövcud tələblərə əməl olunmasının təşviqidir.