26 Fevral 2026
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.Əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.