Xəbərlər


Azərbaycan Könüllülərinin iştirakı ilə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

26 Fevral 2026, 11:50

 
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.

Xocalı Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmiləri və əməkdaşları, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri və könüllülər iştirak ediblər.

Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.