23 Yanvar 2024
PA nümayəndəsi ETSN yanında İctimai Şuranın üzvləri ilə görüşübBu gün Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşdə “Yaşıl dünya naminə həmrəylik ili”ndə QHT-lərlə bağlı qarşıda duran vəzifələr, ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarət funksiyalarının gücləndirilməsi, həmçinin ölkəmizin bu il ev sahibliyi edəcəyi COP29 kimi mötəbər tədbirlə əlaqədar müzakirələr aparılıb, Şura üzvlərinin müvafiq təklifləri dinlənilib və sualları cavablandırılıb.