Beynəlxalq Biomüxtəliflik Günü hər il 22 may tarixində qeyd edilir. Bu gün planetimizdəki müxtəlif canlı növlərinin, onların yaşadığı ekosistemlərin və genetik müxtəlifliyin qorunmasının niyə vacib olduğunu insanlara xatırladır.
Regional Ekologiya və Təbii Sərvətlər İdarələri tərəfindən Sumqayıt şəhəri, Bərdə, Lerik, Tovuz, Zaqatala rayonlarındakı məktəblərdə “İnsan hüquqları və ətraf mühit” mövzusunda maarifləndirici görüşlər təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Pirallahı Rayon İcra Hakimiyyətinin, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin, “Ekosfera” İctimai Birliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron Milli Parkında "Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İqtisadiyyat Nazirliyinin əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil edilib.
Abşeron rayonu, Bakı-Quba yolunun sol tərəfində, Ekoloji nəzarət postunun yaxınlığındakı yaşıllıq sahədə ağacların məhv edilməsi ilə bağlı daxil olmuş məlumat 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.