Bu gün Beynəlxalq Biomüxtəliflik Günüdür
22 May 2025, 09:50
Beynəlxalq Biomüxtəliflik Günü hər il 22 may tarixində qeyd edilir. Bu gün planetimizdəki müxtəlif canlı növlərinin, onların yaşadığı ekosistemlərin və genetik müxtəlifliyin qorunmasının niyə vacib olduğunu insanlara xatırladır.
Bu il Beynəlxalq Biomüxtəliflik Günü “Təbiətlə harmoniya və davamlı inkişaf” mövzusuna həsr olunub.
Bioloji müxtəliflik çox vaxt bitkilərin, heyvanların və mikroorqanizmlərin geniş çeşidliliyi kimi başa düşülür, lakin bu, həm də hər bir növün daxilində müxtəlif ekosistemlər və onun üzvləri ilə əlaqədən müxtəlifliliyin baş verməsilə genetik fərqliliyi də özündə əks etdirir.
Bioloji müxtəliflik resursları bizim sivilizasiyaları qurduğumuz sütunlardır. İnsan qidasının 80%-dən çoxu bitkilər tərəfindən təmin edilir. İnkişaf etməkdə olan ölkələrdə kənd yerlərində yaşayan insanların 80 faizi əsasən sağlamlıq üçün ənənəvi bitki əsaslı dərmanlardan istifadə edir.
Lakin biomüxtəlifliyin itirilməsi sağlamlığımız da daxil olmaqla, hamını təhlükə altına qoyur. Bioloji müxtəlifliyin gələcək nəsillər üçün böyük dəyərə malik qlobal sərvət olduğunu qəbul etsək də, müəyyən antropogen təsirlər nəticəsində növlərin sayı əhəmiyyətli dərəcədə azalır.
Biomüxtəliflik — planetimizin sağlamlığı, iqlim sabitliyi və gələcək nəsillərin rifahı deməkdir. Gəlin birlikdə ekosistemləri qoruyaq, canlıların müxtəlifliyinə dəyər verək!