Xəbərlər

“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

19 May 2025, 17:45

 
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İqtisadiyyat Nazirliyinin əməkdaşlarının, ekokönüllülərin iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil edilib.

Aksiya çərçivəsində 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan 600-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığı təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.