26 Yanvar 2025
Bir gündə Salyan rayonunun meşə fondu torpaqlarında 5 mindən çox ağac əkilib
Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Salyan rayon icra hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarəsinin əməkdaşlarının iştirakı ilə Salyan rayonunun meşə fondu torpaqlarında keçirilib.
25 Yanvar 2025
Ağacəkmə aksiyaları davam edir
"Konstitusiya və Suverənlik İli" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
24 Yanvar 2025
Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar şagirdlərlə maarifləndirici görüş keçirilib
26 yanvar Dünya Ekoloji Təhsil Günü ərəfəsində növbəti maarifləndirici görüş 28 nömrəli tam orta məktəbdə keçirilib.
23 Yanvar 2025
Ova yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində icazə verilir
"Azərbaycanda yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində ov etməyə icazə verilir. Həmin ərazilərdə həftənin cümə, şənbə və bazar günlərindən birində, yəni həftədə bir dəfə olmaqla ov edilə bilər. Digər yerlərdə, o cümlədən xüsusi mühafizə olunan ərazilərin daxili və sanitariya-mühafizə zonalarında, sərhədyanı ərazilərdə, Xəzər dənizinin adaları, yaşıllıq sahələr, meşə əraziləri, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə ov qadağandır.
23 Yanvar 2025
Dünya Ekoloji Təhsil Günü ərəfəsində regionlarda maarifləndirici tədbirlər keçirilib
Bu gün ilə əlaqədar uşaqlar arasında ətraf mühit sahəsində məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumları tərəfindən Balakən rayonu Beretbinə kənd ümumi orta məktəbin, Sumqayıt şəhər 16 və 28 saylı tam orta məktəblərin, Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin, Ağdam rayon 152 nömrəli tam orta məktəbin, Mingəçevir şəhər 9 və 13 saylı tam orta məktəblərin, Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə maarifləndirici görüşlər keçirilib.