Xəbərlər

Dünya Ekoloji Təhsil Günü ərəfəsində regionlarda maarifləndirici tədbirlər keçirilib

23 Yanvar 2025, 15:33

 
Bu gün ilə əlaqədar uşaqlar arasında ətraf mühit sahəsində məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumları tərəfindən Balakən rayonu Beretbinə kənd ümumi orta məktəbin, Sumqayıt şəhər 16 və 28 saylı tam orta məktəblərin, Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin, Ağdam rayon 152 nömrəli tam orta məktəbin, Mingəçevir şəhər 9 və 13 saylı tam orta məktəblərin, Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə maarifləndirici görüşlər keçirilib.

Tədbirlər çərçivəsində şagirdlərə ekoloji təhsilin əhəmiyyəti vurğulanıb, ətraf mühitin mühafizəsi, ekoloji problemlər və onların həlli yolları, tullantıların idarə edilməsi, flora və fauna növlərinin qorunması və s. məsələlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Dünya Ekoloji Təhsil Günü dünyanın bir çox ölkəsinin təhsil müəssisələrində, uşaq bağçalarında ekoloji təhsilin vacibliyinə, ekoloji şüurun formalaşmasının əhəmiyyətinə diqqəti cəlb etmək məqsədilə 1975-ci ildən etibarən hər il qeyd edilir.