07 Aprel 2025
Xəzərə tullantı su axıdan qurum cəzalandırılıbQaradağ rayonu, Lökbatan qəsəbəsində “Sədərək” və “Binə” ticarət mərkəzlərinin tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər, Xəzər Kompleks Ekoloji Monitorinq idarələrinin və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bunu 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirib.