15 Aprel 2025
Azərbaycanın rayonlarında gözlənilən hidrometeoroloji hadisə haqqında növbəti xəbərdarlıqMilli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntının aprelin 15-dən 16-na keçən gecədən başlayaraq intensivləşəcəyi, əsasən Böyük Qafqaz zonasının bəzi rayonlarında yağıntıların aramsız güclü olacağı gözlənilir. Dağlıq ərazilərdə fasilələrlə intensiv qar yağacağı ehtimalı var.