11 Dekabr 2024
Xəzər dənizinin səviyyəsinin dayazlaşması üzrə Azərbaycan və Rusiya arasında görüş keçirilib9 dekabr 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Rusiya Federasiyasının təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib.