Milli Park ərazilərində davranış qaydaları

Milli Park ərazilərində davranış qaydaları
  • Milli Park ərazisində ekoturizm məqsədilə daxil olmazdan öncə müvafiq təşkilatlarda sığortalana bilərsiniz (Bu sığorta Milli Park ərazisində baş verə biləcək bədbəxt və fövqəladə hadisələri, infeksion xəstəlikləri, vəhşi heyvanlardan dəyə biləcək xəsarəti (məsələn, ilan vurması) və s. nəzərdə tutmalı, bunların müqabilində turistlərə veriləcək maddi-təminatı müəyyən etməlidir);
  • Milli parklarda ekoturizm fəaliyyəti təyin olunmuş marşrutlar üzrə həyata keçirilməlidir. Müəyyən edilmiş bir neçə marşrutdan öz istədiyiniz marşrutu seçə bilərsiniz.
  • Təyin olunmuş marşrutlardan kənara çıxmamalı, Milli Park işçilərinin (gid-bələdçilərinin) və ya istiqamətləndirici nişanların, texnoloji xəritələrin göstərişlərinə təhlükəsizlik nöqteyi-nəzərdən əməl edilməlidir.
  • Milli Park ərazisində fəaliyyət göstərən dayanacaqdan, iaşə və ticarət, o cümlədən istirahət obyektlərinin xidmətindən istifadə edə bilərsiniz.
  • Milli Park ərazisində hərəkət edən zaman fəaliyyət göstərən İnformasiya Mərkəzlərindən ərazi haqqında lazımi məlumatları əldə edə bilərsiniz.
  • İcazə əsasında Parkda müəyyən olunmuş yerlərdə ov və həvəskar balıq ovu ilə məşğul ola bilərsiniz.
  • Park ərazilərində olarkən həvəskar foto və video çəkilişləri apara bilərsiniz.
  • Müşahidəedici vasitələrdən, mobil telefonlardan və səsyazma vasitələrindən istifadə edə bilərsiniz.
  • Marşrut boyu yanmış kibrit çöplərini, siqaret kötüklərini ətrafa atmayın;
  • Meşə ərazisində dincələrkən tonqal qalamamalı, müəyyən olunmuş yerlərdə qalanan tonqallar tam söndürülməlidir;
  • Milli park ərazisindəki dayanacaqlarda –nəqliyyat vasitələrinin yaxınlığında yanan vasitələrdən istifadə etməyin.
  • Milli parklarda daşların və ağacların üstünü yazmaq, ərazini zibilləmək və çirkləndirmək, həmçinin səs küyə səbəb ola biləcək hər hansı fəaliyyət göstərmək qadağandır.

Bu qaydaların bilərəkdən pozulması hallarında Milli Parkın təbiət komplekslərinə dəymiş ziyana görə təqsirli şəxs Azərbaycan respublikasının müvafiq qanunvericiliyə uyğun olaraq maddi, inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər!