Milli parkların yaranması günləri
Abşeron Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi və nəsli kəsilməkdə olan nadir fauna və flora növlərinin (Xəzər su itisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək, ağ quyruq dəniz qartalı və s.) qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 08 fevral tarixli 622 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazisində yaradılmışdır. Sahəsi 783 ha təşkil edir.
Hirkan Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi və nəsli kəsilməkdə olan nadir bitki və heyvan növlərinin (dəmirağac, Hirkan şümşadı, şabalıdyarpaq palıd, Hirkan ənciri, Xəzər lələyi, Hirkan bigəvəri və İpək akasiya, bəbir, xallı maral, cüyür, Talış qırqovulu, Hirkan arıquşu, qara leylək, berkut və s.) qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə «Azərbaycan Respublikasının Hirkan Milli Parkının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli 81 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Lənkəran və Astara rayonlarının inzibati ərazilərində yaradılmışdır. Sahəsi 40358 ha təşkil edir.
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin (bəbir, muflon, bezoar keçisi, ağboğaz bülbül, qəşəng dovdaq, şahin və s.) qorunub saxlanılması üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli 1249 nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisində yaradılmışdır. Sahəsi 42797,4 ha təşkil edir.
Ağgöl Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi və nəsli kəsilməkdə olan nadir bitki və heyvan növlərinin (soltan toyuğu, bəzgək, qaraleylək, ərsindimdik, qızıl qaz, mərmər cürə, yaşılbaş, bizquyruq, ala, qırmızıdimdik, kəkilli qara və boz ördəklər, qu quşları və s.) qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1296.8 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazilərində yaradılmışdır. Sahəsi 17 924 ha təşkil edir.
Altıağac Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi və nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fıstığı, Adi göyrüş, İtiyarpaqlı ağcaqayın, cüyür, qonur ayı, çöl donuzu, vaşaq, qırqovul, qaratoyuq, bildirçin, çobanaldadan, çöl qartalı və s.) qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2004-cü il tarixli, 365 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Xızı və Siyəzən rayonlarının inzibati ərazilərində yaradılmışdır. Sahəsi 11035 ha təşkil edir.
Qızılağac Milli Parkı xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 512 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Lənkəran, Masallı və Neftçala rayonlarının inzibati ərazilərində yaradılmışdır.Sahəsi 99060 ha təşkil edir.
Samur-Yalama Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, bioloji müxtəlifliyin, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin (Şabalıdyarpaq palıd, Dəmirağac, Eldar şamı, ilanbalığı, Kür qızılbalığı, nərə, uzunburun nərə, dəniz sıfı, çapaq, kütüm, həşəm, şahmayı, cüyür, böyük qırğı, məzar qartalı, adi qızılquş, bozqırmuymulu qızılquş, fısıldayan qülələk və s.) qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 2518 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır. Sahəsi 11 772,45 ha təşkil edir.