Fəaliyyət istiqamətləri
-
Geoloji informasiya sisteminin formalaşması, bərpası, qorunması və məlumatlar fondunun yaradılması;
-
Yerin təki haqqında geoloji informasiya-yerin təkini səciyyələndirən və geoloji-kəşfiyyat, elmi tədqiqat, tematik, istismar və başqa işlər prosesində əldə edilən geoloji, geofiziki, geokimyəvi, geoekoloji, mühəndis-geoloji, hidrogeoloji, aero və kosmofotogeoloji və digər məlumatı əks etdirən hesabatlar, müxtəlif ölçülü xəritələr və cizgi əlavələrinin və Faydalı Qazıntı Ehtiyatları Komissiyasının Protokollarının qəbulu, yoxlanılması, sistemləşdirilərək (inventarlaşdırılma və katoloqlaşdırılma) saxlanılması və qanunamüvafiq qaydada istifadəsi, mübadiləsi;
-
Faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən aidiyyəti qurumlara təqdim edilmiş illik hasilat haqqında hesabat blankları (5 GK) və zəruri hesab edilən digər sənədlərin il üzrə təhvil alınması;
-
Faydalı qazıntı ehtiyatlarının (filiz, qeyri-filiz, inşaat materialları, yeraltı su) Dövlət və Sahə balanslarının hazırlanması;
-
Faydalı Qazıntı Ehtiyatları üzrə balansa daxil edilmiş faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrının (pasportlar) hazırlanması;
-
Fondda toplanan və ölkənin ərazisində aparılan istismar və geoloji-kəşfiyyat işləri nəticəsində əldə edilən yer təki haqqında geoloji informasiyanın təhlili və ümumiləşdirilməsi, ərazinin geoloji, geofiziki, hidrogeoloji və mühəndis-geoloji öyrənilmə kartoqramlarının tərtib edilməsi;
-
Yerin təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün ayrılan yer təki sahələrinin dövlət qeydiyyatı sənədlərinin (3GK) qəbul edilməsi, yoxlanması və dövlət qeydiyatı nömrəsinin verilməsi;
-
Fiziki və hüquqi şəxslərin rəsmi müraciətləri əsasında yerin təkini səciyyələndirən və geoloji-kəşfiyyat, elmi tədqiqat, tematik, istismar və başqa işlər prosesində əldə edilən geoloji, geofiziki, geokimyəvi, geoekoloji, mühəndis-geoloji, hidrogeoloji, aero və kosmofotogeoloji və digər informasiyaların hazırlanması və qanunamüvafiq qaydada sifarişçilərə təqdim edilməsi;
-
Milli Geologiya Muzeyinə gətirilən süxur və mineral nümunələrinin bölmələr üzrə sistemləşdirilməsi, sənədləşdirilməsi;
-
Milli Geologiya Muzeyinə gələn ziyarətçiləri ölkənin mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişi;
-
Kitabxana fondununa daxil olan kitabların və digər nəşrlərin toplanması, ümumi uçotunun aparılması, inventar və ümumi uçot kitabına qeydiyyatı, sistemləşdirilməsi, skayner olunması və hər iki formatda saxlanılması;
-
Fond öz fəaliyyətində, o cümlədən arxiv işinin təşkilinin vahid prinsiplərinin müəyyən olunması sahəsində fəaliyyəti həyata keçirir.
-
Vətəndaş müraciətləri və DSMF-dən ünvanlanmış müraciətlər əsasında Nazirliyin aparatında və keçmiş Milli Geoloji Kəşfiyyat Xidmətində işləmiş Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarına arxiv arayışların (iş stajı, əmək haqqı və s. göstərilməklə), sənədlərdən çıxarışların, əmək kitabçalarının müvafiq qaydada təqdim edilməsi;
-
Bağlanmış müqavilə əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin işçiləri tərəfindən saxlanma müddəti bitmiş, elmi-praktiki əhəmiyyətini itirmiş və daimi saxlanılan arxiv sənədlərinin müvafiq qaydada işlənib, hazırlanması və Dövlət Arxivinə təhvil verilməsi;