Yaranma tarixi
1932-ci ildə Azərbycan SSR İqtisadiyyat Şurasının 5 nömrəli qərarı ilə Azərbaycan SSR Xalq Təsərrüfatı Ali Şurası Nəzdində bütün geoloji işlərə nəzarət edilməsi üçün Geoloji-kəşfiyyat İdarəsi yaranmış və həmin idarənin tərkibində Geoloji fond təşkil edilmişdir.
30 dekabr 1936-cı ildə Azərbaycan SSR Xalq Komissarları Şurasının 3240 nömrəli qərarı ilə birbaşa SSRİ Ağır Sənaye Xalq Komitəsinin Baş Geoloji İdarəsinin tabeçiliyində təsərrüfat hesablı Geoloji kəşfiyyat İdarəsi yaranmış və nəzdində Ümumittifaq Geoloji Fondunun Azərbaycan SSRİ üzrə fondu yaradılmışdır.
10 may 1950-ci ildə SSRİ Geologiya Nazirliyi Azərbaycan Geologiya İdarəsinin nizamnaməsini təsdiq etmiş və Fondun adı dəyişdirilərək Geoloji Fond adlandırılmışdır.
30 mart 1960-cı ildə Azərbaycan SSRİ Nazirlər Şurasının 219 nömrəli qərarı ilə Azərbaycan SSRİ Nazirlər Şurası yanında Geologiya və Yer Təkinin Mühafizəsi İdarəsi yaradılmış, Fond Geoloji Fond olaraq fəaliyyətini davam etdirmişdir.
Geologiya və Yer Təkinin Mühafizəsi İdarəsi Nazirlər Sovetinin 13 iyul 1979-cu il, 139 nömrəli əmri ilə SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Geologiya İdarəsi adlandırılmışdır.
SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Geologiya İdarəsi Azərbaycan SSRİ Ali Sovetinin 15 oktyabr 1987-ci il, 547 nömrəli Fərmanı ilə Azərbaycan Geologiya İstehsalat birliyi adlandırılmış, Geoloji Fond Sahəvi Geoloji Fond olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 avqust 1991-ci il, 300 nömrəli fərmanı ilə Azərbaycan Geologiya İstehsalat birliyi Dövlət Geologiya Mineral Ehtiyatlar Komitəsi olmuş, Fond Geoloji İnformasiya Fondu adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 485 nömrəli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmış və Nazirin 28 noyabr 2001-ci il, 139 nömrəli əmrinə əsasən Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya və Arxiv Fondu yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli fərmanı ilə Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya və Arxiv Fondunun və Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında vahid qurum yaradılmış, Geoloji informasiya fondu adı ilə şöbə olaraq fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 aprel Fərmanı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2022-ci il 28 dekabr tarixli 4/01 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Geoloji İnformasiya Fondu yaradılmışdır.