Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji
Maarifləndirmə və Kommunikasiya Şöbəsi haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) Aparatının müstəqil struktur bölməsi olan Ekoloji Maarifləndirmə və Kommunikasiya Şöbəsinin (bundan sonra - şöbə) fəaliyyət istiqamətlərini, əsas vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydasını müəyyən edir.
1.2. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin mətbuat və ictimaiyyətlə, o cümlədən qeyri hökumət təşkilatları ilə əlaqələrinin yaradılması və analitik informasiyanın yığımı və yayılması sahəsində fəaliyyəti həyata keçirir. Əhali arasında ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin yayımlanmasının və inkişaf etdirilməsinin təbliğatını aparır.
1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”ni, digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra – təşkilatisərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.
1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin strukturları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2.Şöbənin fəaliyyət istiqamətləri
2.Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1. Nazirliyin informasiya və təbliğat siyasətini formalaşdırır;
2.2. Nazirliyin fəaliyyəti və ətraf mühit sahəsində olan məlumatları ictimaiyyətə çatdırır;
2.3. Nazirliyin fəaliyyətinin kütləvi informasiya vasitələrilə, rəsmi internet saytı, sosial şəbəkələrdəki səhifələrlə ictimai rəyin formalaşdırılmasını təmin etmək;
2.4. Nazirliyin ekoloji təbliğat və maarifləndirmə siyasətini, o cümlədən dövlət və qeyri-hökumt təşkilatları ilə əmakdaşlığın həyata keçirilməsini təmin edir;
2.5. əhali arasında ekoloji maarifləndirmənin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təbliğatını təmin edir;
2.6. Nazirin tapşırıq və göstərişlərinin icrasını, şöbənin və Nazirlik üzrə iş planlarında
nəzərdə tutulmuş müvafiq tədbirlərin vaxtında yerinə yetirilməsini təmin edir;
2.7. ekoloji maarifləndirməyə dair proqram və layihələr hazırlayır;
2.8. müvafiq sahənin inkişafını təmin edir;
2.9. qanunvericiliklə nazir tərəfindən şöbəyə həvalə olunmuş digər istiqamətlərdə fəaliyyət göstərir.
3.Şöbənin vəzifələri
3.Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, şöbənin vəzifələri aşağıdakılardır:
3.1. Nazirliyin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Nazirlik tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasını təmin etmək, bununla əlaqədar press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr və s. hazırlamaq, tabeli qurumların KİV-lə koordinativ əlaqələrini təşkil etmək;
3.2. Multimedia resurslarının idarə olunması sahəsində strateji və cari planlarını hazırlamaq və həyata keçirmək;
3.3. Reklam və sosial informasiya sahəsində fəaliyyətini formalaşdırmaq və həyata keçirilməsini təmin etmək;
3.4. Nazirliyin informasiya və təbliğat siyasətinin formalaşdırılmasında o cümlədən ictimaiyyətlə əlaqələr sahəsində qanunvericilik aktlarının və təşkilati sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında birbaşa və ya dolayısı ilə iştirak etmək;
3.5. Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq dövlət proqramları, qanunvericilik aktları və ictimaiyyəti maraqlandıran digər məsələlərlə bağlı məlumatların KİV vasitəsilə və digər üsullarla ictimaiyyətə çatdırılmasını təmin etmək;
3.6. Nazirliyin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda qurumların iştirakı ilə cavab hazırlamaq və təhrif hallarının aradan qaldırılması üçün tədbirlər görmək;
3.7. Nazirliyin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqinin aparılmasını və bu barədə Nazirliyin rəhbərliyinə məlumat verilməsini təmin etmək;
3.8. Nazirliyin rəhbərliyinin və digər vəzifəli şəxslərinin KİV-də çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkil etmək, əlaqələndirmək və Nazirlik tərəfindən keçirilən tədbirlərdə yerli və xarici KİV nümayəndələrinin iştirakını təmin etmək;
3.9. Nazirliyin rəsmi internet saytı və sosial şəbəkələrdəki səhifələri üçün məlumatların hazırlanmasını və hazırlanmış məlumatların həmin sayt və səhifələrdə yerləşdirilməsini təmin etmək, həmin şəbəkələrin idarə olunmasını və təkmilləşdirilməsini təmin etmək;
3.10. İnformasiya və məlumatlandırma xarakterli elektron və çap məhsulları hazırlamaq;
3.11. Nazirliyin fəaliyyətinə dair çap, video və fotomaterialların arxivini təşkil etmək;
3.12. Nazirliyin və tabeli qrumların ictimaiyyətlə əlaqələrinin koordinasiyalı təşkil olunmasına və ictimaiyyətin məlumatlandırılması işinin aparılmasına əməli və metodiki rəhbərliyi həyata keçirmək;
3.13. şöbəyə daxil olmuş müraciətlərə, informasiya sorğularına müvafiq qurumların iştirakı ilə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılmasında iştirak etmək;
3.14. müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
3.15. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, KİV, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və mənafelərini müdafiə etmək;
3.16. Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun plakatların, posterlərin, informasiya vərəqələrinin, sorğu kitablarının nəşri, o cümlədən müxtəlif multimedia vasitələrinin hazırlanması işinin təşkil etmək;
3.17. Nazirliyin fəaliyyətinin və davamlı inkişaf konsepsiyasının əsas müddəalarını, öz səlahiyyətləri çərçivəsində Milli Proqramların yerinə yetirilməsini təbliğ etmək;
3.18. Nazirliyin tabeli qurumlarından müvafiq informasiya yığımını təmin etmək;
3.19. mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla müəyyən olunmuş qaydada informasiya mübadiləsi aparmaq;
3.20. əhali arasında ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin, təbii sərvətlərdən səmərəli istifadənin təbliğini, eyni zamanda bu sahədə tədbirlərin, müsabiqələrin, sərgilərin və görüşlərin keçirilməsini təşkil etmək;
3.21. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin tapşırıq və göstərişlərinin icrasını, şöbənin və Nazirlik üzrə iş planlarında nəzərdə tutulmuş müvafiq tədbirlərin vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə tədbirlər görmək;
3.22. ekoloji maarifləndirməyə dair proqram və layihələr hazırlamaq;
3.23. dövlət və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq etmək;
3.24. innovativ inkişaf istiqamətində təbliğat fəaliyyətini həyata keçirmək;
3.25. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
3.26. Nazirlik yanında yaradılmış İctimai Şuranın fəaliyyətinin təşkili və əlaqələndirilməsini həyata keçirtmək;
3.27. könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin etmək;
3.28. dövlət sirri təşkil edən məlumatları, o cümlədən fəaliyyəti ilə əlaqədar məlum olan kommersiya sirlərini yaymamaq;
3.29. şöbənin iş planını, fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlamaq;
3.30. Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirmək.
4.Şöbənin hüquqları
3.30. Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirmək.
4.Şöbənin hüquqları
4.Şöbənin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
4.1. fəaliyyət istiqamətləri üzrə Nazirliyin Aparatının struktur bölmələri tərəfindən hazırlanan normativ-hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək;
4.2. Nazirliyin fəaliyyətinə, eləcə də səlahiyyətlərinə aid olan məsələlərlə bağlı Nazirliyin rəsmi mövqeyini ictimaiyyətə açıqlamaq, mətbuat konfransları, brifinqlər və digər tədbirlər təşkil etmək;
4.3. ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların, normativlərin və standartların hazırlanmasında iştirak etmək;
4.4. öz səlahiyyətləri daxilində konfranslarda, seminarlarda, danışıqlarda və digər tədbirlərdə qanunvericiliklə müəyyən olunmuş qaydada Nazirliyin nümayəndəsi qismində iştirak etmək;
4.5. əhalinin ekoloji maarifləndirilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi barədə təkliflər vermək;
4.6. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələri və qurumlarına müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;
4.7. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumuləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
4.8. vətəndaşlar tərəfindən Nazirliyə (və ya Nazirliyin müstəqil vəzifəli şəxslərinə) ünvanlanmış və icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxmaq, araşdırmalar aparmaq və bu sahədə Nazirliyin aparatının struktur bölmələrinin və müstəqil vəzifəli şəxslərinin iştirakının təmin edilməsi üçün təkliflər vermək;
4.9. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;
4.10. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək, və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.11. müvafiq sahədə mütəxəsislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;
4.12. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.13. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.14. şöbəyə həvalə edilmiş vəzifələrin icrası zamanı aşkar olunan nöqsanların qarşısının alınması məqsədilə treninqlərin keçirilməsi üçün təkliflər vermək, göstəriş məktublarının hazırlanmasını təmin etmək;
4.15. səlahiyyətlərinə aid edilən məsələlər üzrə rəy vermək, təhlil və ümumiləşdirmələr, həmçinin tədqiqatlar aparmaq, analitik materiallar və təqdimatlar hazırlamaq və aidiyyəti üzrə təkliflər vermək;
4.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5.Şöbə fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə Nazirə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz;
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır;
5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini
vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir;
5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;
5.5. Şöbə müdiri:
5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və etik davranış qaydalarına riayət etmələrinə nəzarət edir;
5.5.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;
5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu Əsasnamənin 1.3-cü bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.5.5. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
5.5.6. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini təşkil və təmin edir;
5.5.7. şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir
5.5.8. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələri və qurumlarından zəruri məlumat və sənədləri alır və yerlərdə fəaliyyət istiqamətlərinə uyğun araşdırma aparır;
5.5.9. şöbə üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
5.5.10. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
5.5.11. Nazirliyin strukturlarından təşkilati-sərəncamverici sənədlərin icrası haqqında məlumatlar alır və yerlərdə araşdırma aparır;
5.5.12. şöbəni təmsil edir.
5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
5.7. Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sir təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyırlar.
5.8. Şöbənin strukturuna Ekoloji təbliğat və multimedia sektoru və İctimaiyyətlə əlaqələr sektoru daxildir:
5.8.1. Bu Əsasnamənin 3.2, 3.3, 3.14, 3.15, 3.18, 3.20, 3.21, 3.22, 3.24, 3.25-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələr “Ekoloji təbliğat və multimedia”, 3.1, 3.5, 3.6, 3.7, 3.8, 3.12, 3.19-ci yarımbəndlərində nəzərdə tutulmuş vəzifələr “İctimaiyyətlə əlaqələr”, 3.4, 3.7, 3.9, 3.10, 3.11, 3.13, 3.16, 3.17, 3.23, 3.26, 3.27, 3.28, 3.29, 3.30-cu yarımbəndlərində nəzərdə tutulmuş vəzifələr hər iki sektor tərəfindən həyata keçirilir.