Dövlət Xidmətləri

Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi (İnformasiya xidməti)


Xidmətin məzmunu : Bu xidmət Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə, dövlət orqanlarına, bələdiyyələrə ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsini əhatə edir.

Xidmətin aid olduğu təsnifat :
Ekologiya, ətraf mühitdən istifadə və təbii sərvətlər

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti

Xidmətin hüquqi əsası :
- "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 14.2.2-ci maddəsi;
- "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsi;
- "Hidrometeorologiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsi;
- "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi;
- Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 10.70-ci bəndi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə operativ və ümumi təyinatlı məlumatların növləri";
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 14 dekabr tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişsiz və ödənişli məlumatların növləri;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 115 nömrəli qərarı ilə təsdiq edilmiş "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları";
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş "Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı";
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Yerin təki haqqında geoloji informasiyadan istifadənin qayda və şərtləri";
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 iyul tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları";
-Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi üzrə inzibati reqlament".

Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatın verilməsi barədə müqavilə bağlanılır.

Xidmət istifadəçisi barədə məlumat :
  • Dövlət orqanları
  • Fiziki şəxslər
  • Hüquqi şəxslər
  • Yerli özünüidarəetmə orqanları
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :        10 gün

Rüsum :               Rüsum yoxdur

Xidmət haqqı :
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 115 nömrəli qərarı ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları”

Aparılan müşahidələrin, xidmət işlərinin adı

Ödəmə dərəcələri

(manatla)

I. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə standart vaxtlarda aparılan müşahidələrin nəticələri:

Meteoroloji müşahidələr:

 bir müşahidənin aparılması

7,6

 

sutka ərzində müşahidələrin aparılması (8 müşahidə)

36,6

 

Aktinometriya üzrə müşahidər:

 bir müşahidənin aparılması

2

 

sutka ərzində müşahidələrin aparılması (5 müşahidə)

12

 

İstilik balansı üzrə müşahidələr:

 

bir müşahidənin aparılması

4,4

sutka ərzində müşahidələrin aparılması (5 müşahidə)

 

7,2

 

Aeroloji müşahidələr:

 

 

bir müşahidənin aparılması

 

41

 

sutka ərzində müşahidələrin aparılması (4 müşahidə)

 

148

 

Radiometeoroloji müşahidələr:

 bir müşahidənin aparılması

 

9,2

sutka ərzində müşahidələrin aparılması (8 müşahidə)

 

200

Aqrometeoroloji müşahidər:

 bir müşahidənin aparılması

176,6

Hidroloji (çay) müşahidər:

 bir müşahidənin aparılması

68,8

sutka ərzində müşahidələrin aparılması (2 müşahidə)

72,2

 

l müşahidəri:

 bir müşahidənin aparılması

118,4

sutka ərzində müşahidələrin aparılması (2 müşahidə)

130,8

Su balansı üzrə müşahidər:

 bir müşahidənin aparılması

56

sutka ərzində müşahidələrin aparılması (2 müşahidə)

60

Qar qunu ürində müşahidər:

 bir müşahidənin aparılması

80,8

il ərzində müşahidələrin aparılması

3368,6

Su ürində müşahidər:

 bir müşahidənin aparılması

30

il ərzində müşahidələrin aparılması (2 müşahidə)

115

niz sahil müşahidəri:

 bir müşahidənin aparılması

18

sutka ərzində müşahidələrin aparılması (4 müşahidə)

220

Açıq niz müşahidəri:

 bir müşahidənin aparılması

137,4

Atmosfer havasın çirklənməsi üzrə müşahidər:

 bir müşahidənin aparılması

18,6

sutka ərzində müşahidələrin aparılması (4 müşahidə)

32

Radiometrik çirklənmə üzrə müşahidər:

 bir müşahidənin aparılması

10

il ərzində müşahidələrin aparılması

1068

th suların çirklənməsi ürində müşahidər:

 bir müşahidənin aparılması

121

niz suyunun çirklənməsi ürində müşahidər:

 bir müşahidənin aparılması

531

Torpağın çirklənməsi ürində müşahidər:

 bir müşahidənin aparılması

93

Ozonometrik müşahidər:

 bir müşahidənin aparılması

1,8

sutka ərzində müşahidələrin aparılması (4 müşahidə).

12,4

II. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elmi-tədqiqat gəmiləri ilə aparılan hidrometeoroloji, okeanoloji müşahidələrin, dəniz ekspedisiya işlərinin nəticələri və illik məlumatları:

elmi-tədqiqat gəmiləri ilə ekspedisiya şəraitində aparılan hidrometeoroloji və okeanoloji müşahidələrin nəticələri

3817

dəniz ekspedisiya müşahidələrinin nəticələrindən bir stansiya üçün hazırlanan illik məlumatlar.

1272,4

III. Arayış xarakterli hidrometeoroloji məlumatlar:

 

bir stansiya üzrə aylıq məlumat

441

bir stansiya üzrə illik məlumat

838

hidrometeoroloji bülleten

27

ekspedisiya, marşrut və aviameteoroloji müşahidələrin ümumiləşdirilmiş məlumatları (icmalları)

93,2

hidrometeoroloji illiklər

329,6

buraxılmış çoxillik və başqa növ hidrometeoroloji məlumatlar toplusu.

2360,4

IV. susi sifarişmüşahidə edilmiş hidrometeoroloji lumatlar:

standart müşahidə vaxtlarından əlavə aparılan hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələr

razılaşma yolu ilə

sifarişə əsasən müvəqqəti təşkil olunmuş müşahidə şəbəkələrində aparılan hidrometeoroloji müşahidələr

razılaşma yolu ilə

sifarişə əsasən təbii mühitin çirklənməsinin vəziyyəti üzrə stasionar müşahidə şəbəkələrindən kənarda aparılan müşahidələr

razılaşma yolu ilə

əlavə müşahidə edilmiş hidrometeoroloji hadisələr (havanın, torpağın, suyun maksimum temperaturu, maksimum su sərfi, yağıntılar, ifrat təhlükəli hidrometeoroloji məlumatlar), kəmiyyətlər və onların şərhi.

razılaşma yolu ilə

V. İqtisadiyyat sahərinə verilən susiləşmiş hidrometeoroloji proqnozlar:

dəmir yol və avtomobil marşrutları üzrə hidrometeoroloji proqnozlar

2,4

kənd təsərrüfatı bitkilərinin fenoloji inkişafı üzrə aqrometeoroloji proqnozlar

130,6

kənd təsərrüfatı bitkilərinin fenoloji inkişafı üzrə aqrometeoroloji icmallar

326

heyvandarlıq üçün hidrometeoroloji proqnozlar

2,6

«Azərenerji» Səhmdar Cəmiyyəti üçün ayrı-ayrı rayon, ərazi və obyektlər üzrə hidrometeoroloji roqnozlar

2,6

Xəzər Dəniz Gəmiçiliyi, Xəzər Neft Donanması, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gəmiləri və dənizdə neft çıxaran təşkilatlar üçün dəniz sektorları və akvatoriyalar üzrə hidrometeoroloji proqnozlar

3,6

meşə yanğını təhlükəsizliyi barədə hidrometeoroloji proqnozlar

40,6

alpinizm üçün hidrometeoroloji proqnozlar

31,2

qar uçqunu təhlükəsizliyi barədə hidrometeoroloji proqnozlar

2,4

respublika aeroportları üzrə müxtəlif müddətlərə hazırlanan aviameteoroloji proqnozlar

0,8

aviasiya marşrutları, trasları, aviasiya işləyən rayonlar və yerli aeroportlar üçün hündürlüklər üzrə viameteoroloji proqnozlar

0,8

VI. susiləşdirilmiş araşrmalar lasər (icmallar):

təhlükəli sel və qar uçqunu barədə məlumatlar

5675,4

kənd təsərrüfatı bitkilərinin vəziyyəti və inkişafı barədə məlumatlar

98

ifrat təhlükəli hidrometeoroloji hadisələrin nəticələri barədə məlumatlar

6138

dağlarda olan su ehtiyatı barədə məlumatlar (icmal)

5675,4

ərazinin və ya dəniz akvatoriyasının çirklənməsi barədə məlumatlar (icmal)

3480

VII. Arayış-rejim xarakterli hidrometeoroloji lumatlar:

hidrometeoroloji şərhin nəticələri (göstəriciləri)

1058

hidrometeoroloji şərhin kəmiyyət göstəriciləri

1058

ənənəvi olmayan hidrometeoroloji şərhlər (tədqiqatlar)

1058

xüsusiləşdirilmiş hidrometeoroloji arayışlar və məsləhətlər

98

iqtisadiyyat sahələri üzrə hazırlanan xüsusiləşdirilmiş hidrometeoroloji arayışlar

3076,4

ekspedisiya və xüsusiləşdirilmiş hidrometeoroloji müşahidələrin ümumiləşdirilmiş məlumatları

3816,8

hidrometeoroloji atlaslar, monoqrafiyalar, hesabatlar, ekspertiza məlumatları

2652,6


Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ödənişli məlumatlardan istifadəyə görə dəmələrin həcmi müvafiq icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi əsasında mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilələrə uyğun müəyyənləşdirilir.
Ödənişli məlumatların seçilməsinə və surətlərinin çıxarılmasına yuxarıda göstərilən ödəmə dərəcələrinin 0,5 faizi məbləğində vəsait sifarişçi tərəfindən ödənilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”
Qaydanın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən geoloji informasiyadan istifadəyə görə haqqın miqdarı ərizəçinin seçdiyi geoloji kəşfiyyat işlərinə sərf edilən xərclərdən (keçmiş illərin məsrəfləri cari dövrün qiymətlərinə uyğunlaşdırılmaqla) faizlə təyin olunur. Geoloji informasiyadan istifadəyə görə haqqın miqdarı onun xarakterindən və ərazidə aparılmış geoloji kəşfiyyat işlərinin mərhələlərindən asılı olaraq aşağıdakı faiz dərəcələri ilə təyin olunur:
  1. Regional yönümlü geoloji informasiya - 1,5 faizə qədər;
  2. Axtarış yönümlü geoloji informasiya - 3,0 faizə qədər;
  3. Axtarış-qiymətləndirmə və keyfiyyət yönümlü geoloji informasiya - 5,0 faizə qədər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 iyul tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları”
Qaydaların 3.1-ci bəndinə əsasən ətraf mühitə dair informasiyanın verilməsi üçün müəyyən edilən haqq onun hazırlanması, axtarılması, surətinin çıxarılması və sair işlərin dəyərindən çox olmayaraq müəyyən edilir. İnformasiyanın verilməsinə görə ödənişin həcmi informasiya verən orqanın müvafiq qurumu tərəfindən müəyyənləşdirilir.
Ödənişin hüquqi əsası :                - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 115 nömrəli qərarı ilə təsdiq edilmiş "Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları"nın 2-ci hissəsi; -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş "Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı"nın 2.4-cü və 2.5-ci bəndləri; -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 iyul tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrinin və ödənişin həcminin müəyyənləşdirilməsi Qaydaları"nın 3.1-ci bəndi.

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Günlər :

Real vaxt rejimi:

Bazar ertəsi - Cümə günləri.

İşin başlama vaxtı :

00:00:00

09:00:00

İşin sona çatma vaxtı :

00:00:00

18:00:00

Fasilənin başlama vaxtı :

00:00:00

13:00:00

Fasilənin sona çatma vaxtı :

00:00:00

14:00:00

 

 

 


Xidmətin göstərilmə yeri :
Bakı şəhəri, Heydər Əliyev prospekti 10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi sənədlərin qəbulu mərkəzi

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
- "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən xidmətin həyata keçirilməsindən aşağıdakı hallarda imtina edilir:
  1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda (anonim sorğular və ya fərdi məlumat əldə edilməsi), sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə;
  2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə;
  3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda.
- "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən xidmətin həyata keçirilməsindən aşağıdakı hallarda edilə bilər:
  1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa;
  2. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa;
  3. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə;
  4. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə.
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2013-cü il "17" aprel tarixli 01-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi üzrə inzibati reqlament"in 3.3.1-ci yarımbəndinə əsasən istifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, tələb olunan sənədlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması, yaxud müqavilənin düzgün tərtib edilməməsi) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Xidmətin göstərilməsindən imtina edilməsi xidmət istifadəçisinin yenidən müraciət etməsinə mane olmur.

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İstifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İstifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)

Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Nağd
  • Onlayn ödəmə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə xidmətin elektron təqdim edildiyi rəsmi internet informasiya ehtiyatına (http://e-xidmet.eco.gov.az) müraciət edə bilər. Müraciət qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün aidiyyəti struktur bölmələrinə ünvanlanır. Müraciət və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Təqdim edilən sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda ərizəçiyə məlumatın verilməsindən imtina edilməməsi barədə bildiriş göndərilir. Ərizəçi bildirişi aldıqdan sonra məlumatın verilməsinə görə müəyyən olunmuş ödənişin ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatın verilməsi barədə qərar qəbul edilir və rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir. Qərar verildikdən sonra istifadəçilərlə müqavilə bağlanılır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
İstifadəçilər məlumatların verilməsinə dair qəbul edilmiş qərarlardan və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi

Xidmətin elektronlaşma səviyyəsi :
Tam elektronlaşdırılıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
Tam avtomatlaşdırlıb

Xidmətin elektron ünvanı : https://e-xidmet.eco.gov.az/index.php?lang=az&sectionid=30