Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi

FƏALİYYƏT   İSTİQAMƏTLƏRİ

  • Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində təbii sərvətlərindən səmərəli istifadə edilməsi, bərpası, mühafizəsi və qorunub saxlanması məqsədi ilə kompleks monitorinq tədqiqatları həyata keçirmək;
  • Təbii ehtiyatların istifadə olunması prosesində ekoloji təhlükəsizliyin monitorinqini keçirmək və proqnozlaşdırmaq;
  • Ölkə ərazisində ekoloji vəziyyətin öyrənilməsi, ətraf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi və formalaşan tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması ilə əlaqədar monitorinqlər həyata keçirmək;
  • Ölkə ərazisində ətraf mühitə atılan, axıdılan zərərli tullantıların atmosfer havası, torpaq, su mühitinə təsirinin öyrənilməsi ilə yanaşı, ətraf mühitə fiziki təsirlərin radiasiya, elektromaqnit şüalanması, səs-küy və vibrasiya üzrə monitorinqlər aparmaq;
  • Dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahələr üzrə qanunvericiliyin tələblərinə riayət olunması üçün tədbirlər görmək.