Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidmətinin 2020-ci il 25 dekabr tarixli 138
nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “AzeLab” Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında
NİZAMNAMƏ
NİZAMNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin tabeliyindəki Laboratoriya Mərkəzi, Milli Geoloji Kəşfiyyat Xidmətinin tabeliyindəki Geoloji Analitik Tədqiqatlar Laboratoriyası və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyasının əmlaklarının bazasında “AzeLab” Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra – Cəmiyət) Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktlarına əsasən yaradılır və Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir.
1.2. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik ) hüquqi aktlarını və bu Nizamamnaməni rəhbər tutur.
1.3. Cəmiyyət dövlət sifarişləri üzrə büdcə vəsaiti hesabına, digər fəaliyyətlər üzrə təsərrüfat hesablı maliyyələşən dövlət müəssisəsidir və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra-“Nazirlik”) tabeliyində fəaliyyət göstərir.
1.4. Cəmiyyət müstəqil balansa, təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş dövlət əmlakına, möhürə, müvafiq ştamp və blanklara malikdir.
1.5. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
1.6. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün Cəmiyyətə verdiyi əmlakın dəyəri həddində risk daşıyır.
1.7. Cəmiyyətin rəsmi adı belədir
1.7.1. tam halda - “AzeLab” Məhdud Məsuliyyətli Cəmiyyəti,
1.7.2. qısaldılmış halda – "AzeLab”
1.8. Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3
2. Cəmiyyətin məqsədi və fəaliyyət istiqamətləri
2.1. Cəmiyyətin fəaliyyətinin məqsədi dövlət sifarişi əsasında Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan akvatoriyasında kimyəvi analizlərin, o cümlədən atmosfer havası, torpaq, yeraltı və yerüstü sularda kimyəvi, bioloji, radioloji, geoloji analizlərin həyata keçirilməsi və bu sahədə mənfəət əldə edilməsidir.
2.2. Cəmiyyətin fəaliyyət predmetinə Azərbaycan Respublikasının ərazisində və ondan kənarda qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada aşağıdakı fəaliyyət istiqamətləri aiddir:
2.2.1. Fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, analitik materiallar hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və təkliflər vermək;
2.2.2. Fəaliyyət istiqamətlərinə aid məsələlərə dair texniki normativ hüquqi aktların və digər sənədlərin qəbulu məqsədilə Nazirliyə təkliflər vermək;
2.2.3. Cəmiyyətə verilən dövlət sifarişinə və ayrı-ayrı sifarişçilərlə bağlanmış müqavilələrə əsasən fəaliyyət istiqamətlərinə uyğun tədbirləri həyata keçirmək;
2.2.3. Cəmiyyətə verilən dövlət sifarişinə və ayrı-ayrı sifarişçilərlə bağlanmış müqavilələrə əsasən fəaliyyət istiqamətlərinə uyğun tədbirləri həyata keçirmək;
2.2.4. Atmosfer havası, yeraltı və yerüstü sular, torpaqlar üzrə götürülmüş nümunələrdə kimyəvi, bioloji və geoloji analizləri aparmaq, habelə ətraf mühitin radiasiya fonunu ölçmək;
2.2.5. Nazirliyin sifarişi və digər təşkilatlarla bağlanmış müqavilə əsasında Xəzər dənizinin (gölünün) sahil zolağından götürülmüş nümunələrin analizini aparmaq;
2.2.6. Transsərhəd çirklənmə ilə bağlı təhlillər aparmaq;
2.2.7. Nazirliyin sifarişi və digər təşkilatlarla bağlanmış müqavilə əsasında axarlarda çirkləndiricilərin yayılması üzrə götürülmüş nümunələr üzərində kimyəvi, bioloji, ekotoksikoloji və radioloji təhlilləri həyata keçirmək;
2.2.8. Süxur, mineral, yeraltı suların (şirin, texniki, termal və mineral) üzərində əyar, kimyəvi, silikat, spektral, mineraloji, fiziki-mexaniki xüsusiyyətlərin öyrənilməsi istiqamətində analizlər aparmaq;
2.2.9. Nazirliyin sifarişi və digər təşkilatlarla bağlanmış müqavilə əsasında atmosfer havası, torpaq, yerüstü və yeraltı sularında çirkləndirici maddələr üzrə kimyəvi, geoloji, bioloji və radioloji analizləri aparmaq üçün laborator nəzarəti təmin etmək;
2.2.10. Nazirliyin sifarişi və digər təşkilatlarla bağlanmış müqavilə əsasında süxur və filizlərdə faydalı komponentlərin kəmiyyət göstəricilərinin dəqiq miqdarını, mineralon, petroqrafik, litoloji və dənəvər tərkibini, süxurların fiziki-mexaniki və mühəndis-geoloji xüsusiyyətini (sərtlik, möhkəmlik həddi, sukeçirmə, suudma, plastiklik, cilalanma qabiliyyəti, oda, şaxtaya davamlılıq, kəsilməyə qarşı müqavimət, xüsusi çəki, həcm çəkisi və s) təyin etmək;
2.2.11. Süxur, mineral, yeraltı suların (şirin, texniki, termal və mineral) üzərində kimyəvi, silikat, spektral, mineraloji, fiziki-mexaniki xüsusiyyətlərin öyrənilməsi istiqamətində analizlər aparmaq;
2.2.12. Süxurların tərkibində nəcib metalların (qızıl və gümüş) miqdarını müəyyən etmək və süxurların fiziki mexaniki xüsusiyyətlərini öyrənmək;
2.2.13. Xəzər dənizi və onun sahil zolağında yerləşən sənaye obyektlərinin axarlarından, çirklənmə mənbələrindən, təmizləyici qurğulardan götürülmüş su, dib çöküntüləri, şlam və qazma məhlulu nümunələri üzərində fiziki-kimyəvi, mikrobioloji və ekotoksikoloji təhlilləri aparmaq;
2.2.14. Nazirliyin razılığı ilə fəaliyyət istiqamətlərinə uyğun dövlət qurumları, digər hüquqi və fiziki şəxslərlə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası, Elmi Tədqiqat İnstitutları, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;
2.2.15. Cəmiyyətin işçilərinin attestasiyasını aparmaq, kadrların ixtisaslarının artırılması tədbirlərini həyata keçirmək;
2.2.16. Fəaliyyət istiqamətləri üzrə təhlillərin nəticələri ilə bağlı informasiya bankı yaratmaq;
2.2.17. Strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Nazirliyə təkliflər vermək;
2.2.16. Fəaliyyət istiqamətləri üzrə təhlillərin nəticələri ilə bağlı informasiya bankı yaratmaq;
2.2.17. Strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Nazirliyə təkliflər vermək;
2.2.18. Fəaliyyət istiqamətlərinə uyğun hüquqi və fiziki şəxslərlə müqavilə bağlamaq;
2.2.19. Öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar məhkəmələrə iddia ərizəsi ilə müraciət etmək, tərəf kimi müvafiq prosessual hüquq və vəzifələri həyata keçirmək;
2.2.20. İşçiləri süd, ərzaq, xüsusi geyim və digər fərdi vasitələri ilə təmin etmək.
2.2.21. Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərmək və onların əldə edilməsini təşkil etmək, bu məqsədlərlə əqdlər bağlamaq;
2.2.22. İstifadəsində olan qurğu, avadanlıq və digər əmlakdan səmərəli istifadə etmək;
2.2.23. Yanğından mühafizə, habelə əməyin mühafizə işlərini təşkil etmək;
2.2.24. Fəaliyyəti ilə əlaqədar kommersiya sirlərini yaymamaq;
2.2.25. Ümumi yığıncağın qərarı ilə qrantlar alınmasında, tender və müsabiqələrdə iştirak etmək;
2.2.26. Daxil olan müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxmaq;
2.3. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.
3.Cəmiyyətin hüquqları
3.1. Cəmiyyət öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada öz səlahiyyətlərinə aid olan məsələlərə dair texniki-normativ sənədlər qəbul etmək üçün nazirliyə təkliflər vermək;
3.1.2. Cəmiyyət ona verilən dövlət sifarişinə, istehsalat tapşırıqlarına, digər təşkilatlarla bağlanmış müqavilələrə əsasən Azərbaycan Respublikası ərazisində müvafiq maliyyə əməliyyatları aparmaq, xarici ölkələrdə müəyyən edilmiş qaydalara uyğun şəkildə laboratoriya işlərinin yerinə yetirilməsi üçün valyuta hesabı açmaq;
3.1.3. Fəaliyyət istiqamətlərinə uyğun hüquqi və fiziki şəxslərlə əqdlər bağlamaq;
3.1.4. Elm və texnikanın son nailiyyətləri ilə tanış olmaq məqsədilə müxtəlif seminarlarda və sərgilərdə iştirak etmək;
3.1.5. İşçiləri normal həyat şəraitinin təmin edilməsi üçün əmək haqqı və digər əlavələrlə, süd, ərzaq, xüsusi geyim və digər fərdi vasitələr ilə təmin etmək;
3.1.6. İstehsalat zərurəti yarandıqda respublikanın bölgələrində özünün struktur (regional) bölmələrinin yaradılması barədə təkliflər vermək;
3.1.7. Fəaliyyət istiqamətlərinə uyğun olaraq digər hüquqları həyata keçirmək.
4. Cəmiyyətin nizamnamə kapitalının və təsisçinin nizamnamə kapitalında payının miqdarı
4.1. Cəmiyyətin nizamnamə kapitalı 245 749.40 (iki yüz qırx beş min yeddi yüz qırx doqquz manat qırx qəpik) manat, hər birinin dəyəri 122 874.70 (bir yüz iyirmi iki min səkkiz yüz yetmiş dörd manat yetmiş qəpik) manat olmaqla 2 (iki) paydan ibarətdir.
4.2. Cəmiyyətin nizamnamə kapitalında təsisçinin payı aşağıdakı kimi müəyyən edilir:
Azərbaycan Respublikası – 245 749.40 manat (iki yüz qırx beş min yeddi yüz qırx doqquz qırx qəpik) manat, 2 pay, 100% əmlak şəklində;

4.3. İştirakçının qoyduğu mayaların tərkibi, maya qoyması qaydası və maya qoyulması üzrə öhdəlikləri pozmağa görə məsuliyyət ümumi yığıncağın qərarı ilə müəyyənləşdirilir.
5.Cəmiyyətin idarəetmə orqanları
5.Cəmiyyətin idarəetmə orqanları
5.1. Ümumi Yığıncaq
5.1.1. Cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır (bundan sonra – “ümumi yığıncaq”).
5.1.2. Ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:
5.1.2.1. Cəmiyyətin nizamnaməsini və onun kapitalının miqdarını dəyişdirmək;
5.1.2.2. Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək;
5.1.2.3. Cəmiyyətin filial və nümayəndəliklərinin açılmasına, fəaliyyətinə xitam verilməsinə, onların əsasnamələrinin təsdiq edilməsinə razılıq vermək;
5.1.2.4. Cəmiyyətə məxsus dövlət əmlakının (daşınmaz və daşınar) girov qoyulmasına razılıq vermək və bu barədə əqdlərin qeydiyyatını aparmaq;
5.1.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra-Xidmət) bu nizamnamənin 5.12.-ci yarımbəndi ilə müəyyənləşdirilmiş Cəmiyyət barəsində həll etdiyi məsələləri nazirliyin təklifləri əsasında həyata keçirir;

5.1.4. Nazirlik Cəmiyyətin idarə edilməsi barədə aşağıdakı məsələləri həll edir:
5.1.4.1. Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, onların əsasnamələrini təsdiq etmək;
5.1.4.2. Cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək;
5.1.4.3. Cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyasını (müfəttişini) seçmək;
5.1.4.4. Cəmiyyətin inkişaf istiqamətlərini və əmək haqqı sistemini müəyyən etmək, strukturunu və illik büdcəsini (xərc smetasını) təsdiq etmək;
5.1.4.5. Cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyasını (müfəttiş) yaradılması haqqında qərar qəbul etmək, fəaliyyətinə xitam vermək, onların əsasnamələrini təsdiq etmək;
5.1.4.6. Cəmiyyət və Cəmiyyətin idarəetmə orqanlarının üzvləri arasında müqavilə bağlamaq;
5.1.5. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər;
5.1.6. Cəmiyyət bir iştirakçıdan ibarət olduqda cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir;
5.1.7. Cəmiyyətin ilk fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra 4 aydan gec olmayaraq Cəmiyyətin direktoru tərəfindən çağırılır. Ümumi yığıncağın çağırılması tarixinə azı 3 (üç) iş günü qalmış iştirakçıya yazılı bildiriş göndərilməlidir. Ümumi yığıncağın çağırılması haqqında bildirişdə cəmiyyətin adı və olduğu yer, ümumi yığıncağın keçirilmə tarixi, vaxtı, ünvanı, gündəliyi və ümumi yığıncağın gündəliyi üzrə tanış olunma qaydası göstərilməlidir.
5.1.8. Növbədənkənar ümumi yığıncaq direktorun öz təşəbbüsü ilə və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə bu nizamnaməniin 5.1.7.-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada çağırılır;
5.1.9. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən bu nizamnamənin 5.1.8.-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada çağırılır;
5.2. Cəmiyyətin icra orqanı
5.2.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik tək başçı icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Cəmiyyətin strukturunda direktorun müavin(ləri), ştat vahid(ləri) müəyyən edilə bilər.
5.2.2. Direktor Cəmiyyətin bütün fəaliyyət istiqamətlərinin nəticələrinə görə tam məsuliyyət daşıyır. O, müəssisə adından vəkalətnaməsiz fəaliyyət göstərir, cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərə olan münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, ümumi yığıncağın təsdiqinə aid sənədləri hazırlayır. Cəmiyyətin adından əqdlər bağlayır, rəsmi sənədlər imzalayır, cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirilir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir, onlar barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin görülməsi barədə əmrlər verir, qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir;

5.2.3. Cəmiyyət nazirliklə razılaşdırmaqla illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il əmlak mənafeləri ilə cəmiyyətə və ya onun təsisçilərinə bağlı olmayan peşəkar auditor cəlb edə bilər. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Auditor yoxlamalarının aparılması qaydası maliyyə-təftiş komissiyasının vəzifələri, funksiyaları və səlahiyyətləri onların işini təşkil edən qaydalar Azərbaycan Respublikasının qanunverici aktları ilə və ümumi yığıncağın qanunvericiliyə uyğun olan qərarı ilə tənzimlənir.
6. Cəmiyyətin əmlakının yaranması
6.1. Cəmiyyətin əmlakı, qanunvericiliyi uyğun olaraq hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə onun əsas fondlarından və dövriyyə vəsaitlərindən, o cümlədən dəyəri cəmiyyətin müstəqil balansında əks olunan digər dəyərlərdən ibarətdir.
6.2. Cəmiyyətin əmlakının yaranma mənbələri aşağıdakılardır:
6.2.1. təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədilə istifadəsinə verilmiş dövlət əmlakı;
6.2.2. sərbəst təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər;
6.2.3. bank və digər kreditlər;
6.2.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına.
6.3. Cəmiyyətə verilmiş dövlət əmlakı, yalnız cəmiyyətin nizamnamə məqsədlərinə uyğun olaraq istifadə edilir.
6.4. Cəmiyyətin əmlakı təmamilə dövlət mülkiyyətindədir;
6.5. Xidmətin razılığı olmadan Cəmiyyətin əmlakı (naturada və ya pul şəklində) üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilən yüklülüklər müəyyən edilə bilməz.
7. Cəmiyyətin işinin planlaşdırılması, uçotu və hesabatı
7.1. Cəmiyyət yerinə yetirdiyi işlərə və göstərdiyi xidmətlərə olan tələbatı nəzərə alaraq müstəqil surətdə öz fəaliyyətini planlaşdırır və inkişaf perspektivlərini, eyni zamanda, istehsal və sosial inkişafın təmin olunmasının zəruriliyini müəyyən edir.
7.2. Cəmiyyət öz fəaliyyətinin nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və formada mühasibat və əməliyyat uçotu, statistik hesabat aparır, balans tərtib edir.
7.3. Cəmiyyətin maliyyə ili: qeydiyyata alındığı vaxtdan başlayır və həmin ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə illəri isə 1 yanvardan başlayır və 31 dekabradək olan dövrü əhatə edir.
8. Sığorta
Cəmiyyətin əmlakının, istehsal, maliyyə və digər risklərinin sığortası onun öz mülahizəsi ilə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi sığorta nəzərdə tutulmazsa həyata keçirilir.
9. Vergi məsələləri
Cəmiyyət Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən olunmuş vergiləri ödəyir.
10. Əmək münasibətləri
10.1. Cəmiyyətdə işəgötürmə və azadetmə məsələləri, əmək rejimi, əmək haqqı, kompensasiyalar da daxil olmaqla əmək qanunvericiliyi ilə tənzimlənir.
10.2. Əmək haqqı, cəmiyyətin işçilərinin sosial təminat məsələləri, məzuniyyətlərin verilməsi onların hər biri ilə bağlanan əmək müqavilələri əsasında qanunvericiliyə uyğun qaydada həll edilir.
11. Sosial sığorta və təminat
Cəmiyyətin işçilərinin sosial sığortası və təminatı Azərbaycan Respublikasının Qanunvericilik normaları ilə tənzimlənir.
12. Cəmiyyətin yenidən təşkili və ləğv olunması
Cəmiyyətin yenidən təşkili və ləğv olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.
13. Digər şərtlər
13.1. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamə ilə tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
13.2. Nizamnamənin dəyişdirilməsi (nizamnamədə edilmiş dəyişikliklər və əlavələr) onun dövlət qeydiyyatından alındığı andan qüvvəyə minir.
Gələcəkdə bu Nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəası tətbiq edilir.