İkitərəfli Sazişlər və Anlaşma Memorandumları

İkitərəfli Əməkdaşlıq

Ətraf mühitin mühafizəsi sahəsində xarici ölkələr və beynəlxalq təşkilatlarla ikitərəfli hüquq müqavilə bazası yaradılmış və ildən-ilə genişləndirilməkdədir. Bu xüsusda müxtəlif ölkələr və təşkilatlarla 30-dan çox ikitərəfli müqavilə imzalanmışdır.

2002
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Hidrometeorologiya Baş İdarəsi arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş

2003
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kanadanın Dövlət İdarəçilik İnstitutu arasında Xəzər hövzəsində İstilikxana Qazı tullantılarının azaldılması üzrə 2002-2005-ci illər Tədris Proqramının (XHP) həyata keçirilməsinin şərtləri haqqında Anlaşma Memorandumu

2004
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Saziş

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Ətraf Mühit Departamenti arasında Anlaşma Memorandumu

Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında BMT-nin İqlim dəyişmələri üzrə çərçivə Konvensiyasının Kioto Protokolunun həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

2006
Azərbaycan Respublikası və Ukrayna arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq üzrə Saziş

2007
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misir Ərəb Respublikasının Misir Mineral Ehtiyatlar Qurumu arasında Texniki Əməkdaşlığa dair Protokol

Azərbaycan Respublikası və Moldova Respublikası arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq üzrə Saziş

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Almaniya Federativ Respublikasının Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi arasında təmiz inkişaf mexanizmi layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreya Respublikası Tikinti və Nəqliyyat Nazirliyi arasında Yeni İnzibati Şəhərin Salınması sahəsində Əməkdaşlığa dair Anlaşma Memorandumu

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreya Respublikasının Ehtiyatlar Korporasiyası və Koreya Respublikasının Mineral Ehtiyatlar Geoelmlər İnstitutu arasında mineral ehtiyatların işlənməsi sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu

2008 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çexiya Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreya Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Özbəkistan Respublikasının Təbiətin Mühafizəsi üzrə Dövlət Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş

2009
Azərbaycan Respublikasının Hökuməti və Latviya Respublikasının Hökuməti arasında Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreya Respublikasının Ətraf Mühit Sənayesi və Texnologiyalar İnstitutu arasında Azərbaycanda Ətraf Mühitin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına dair Anlaşma Memorandumu

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Rumıniyanın Ətraf mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu

Azərbaycan Respublikası və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında Minilliyin İnkişafı Məqsədlərinin Karbon Fonduna dair Anlaşma Memorandumu

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) arasında Təbii sərvətlərin davamlı idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

2010 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Belarus Respublikası Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının rasional istifadəsi və qorunması haqqında Saziş

2011
Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş

Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş
 
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu

Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında meteorologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu

2013
Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında ətraf mühit və təbiətin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş

2014
Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu

2015
Azərbaycan Respublikasının Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş

2017
Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fransa Respublikasının ətraf mühit, enerji, dəniz və iqlim üzrə beynəlxalq əlaqələr naziri arasında Anlaşma Memorandumu

2018                 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında Anlaşma Memorandumu