Konvensiyalar

Beynəlxalq ekoloji konvensiyalar

Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək və qlobal ekoloji problemlərin həllində fəal iştirak etmək məqsədilə Azərbaycan bir çox ekoloji konvensiyalara qoşulmuşdur.

Bioloji müxtəliflik

1993 - YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyası; http://whc.unesco.org/en/convention

1998 - Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya (CITES Konvensiyası); https://www.cites.org  

1999 - Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında Avropa Konvensiyası (Bern Konvensiyası); https://www.coe.int/en/web/bern-convention

2000 - BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası; https://www.cbd.int

  • 2005 - Bioloji müxtəliflik haqqında Konvensiyaya Biotəhlükəsizliyə dair Kartagena Protokolu

2000 - YUNESKO-nun Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında Konvensiyası (Ramsar Konvensiyası); https://www.ramsar.org

2011 - Avropa Landşaft Konvensiyası; https://www.coe.int/en/web/landscape

Su ehtiyatları

2000 - BMT-nin Avropa İqtisadi Komissiyasının Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə  Konvensiyası; https://www.unece.org/env/water

  • 2002 - BMT-nin Avropa İqtisadi Komissiyasının Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasının “Su və sağlamlıq haqqında” Protokolu

Hidrometeorologiya

1993 - Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyası; https://public.wmo.int/en

1995 - BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası; https://unfccc.int

  • 2000 - BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına Kioto protokolu
  • 2016 - Paris Sazişi

1996 - BMT-nin Ozon qatının qorunması haqqında Vyana Konvensiyasının Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu; https://ozone.unep.org

Kimyəvi maddələr

2003 - Davamlı üzvi çirkləndiricilər haqqında Stokholm Konvensiyası; http://www.pops.int

Tullantılar

2001 - BMT-nin Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası; http://www.basel.int

Atmosfer havası

2002 - Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvensiya; https://www.unece.org/env/lrtap/welcome.html.html

Xəzər dənizi

2006 - Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası (Tehran Konvensiyası); http://www.tehranconvention.org

  • 2012 - Tehran Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu
  • 2014 - Tehran Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında Protokolu

Torpaqların deqradasiyası

1998 - BMT-nin Ciddi quraqlıq və/və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə də Afrikada səhralaşma ilə mübarizə üzrə Konvensiyası; https://www.unccd.int

Ekoloji təhlükəsizlik

1999 - Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya (Espo Konvensiyası); https://www.unece.org/env/eia/eia.html

2004 - BMT-nin Avropa İqtisadi Komissiyasının Sənaye qəzalarının transsərhəd təsiri haqqında Konvensiya; https://www.unece.org/env/teia.html

Ekoloji təbliğat

1999 - BMT-nin Avropa İqtisadi Komissiyasının Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında Konvensiyası (Orxus Konvensiyası); https://www.unece.org/env/pp/welcome.html