Atmosfer yağıntılarının monitorinqi

Atmosfer yağıntılarının monitorinqi

Atmosfer yağıntılarının (yağış, qar) tərkibində atmosfer havası ilə uzaq məsafələrə transsərhəd daşınan çirkləndiricilərin tərkibinin öyrənilməsi, onların ətraf mühitə təsirinin qiymətləndirilməsi və yağıntıların keyfiyyət göstəricilərinə nəzarətin həyata keçirilməsi məqsədilə ölkənin davamlı qar örtüyü olan yüksək dağlıq ərazilərində 4 məntəqədə qarın kimyəvi tərkibi, 12 yağış rejmi, 11 leysan rejimi üzrə isə atmosfer yağıntılarının kimyəvi tərkibi üzərində müntəzəm monitorinq aparılır.
 
Atmosfer yağıntılarının tərkibində aşağıdakı keyfiyyət və çirkləndirici göstəricilər üzrə təyinatlar aparılır:

 
Təyin olunan göstəricilər
1
Elektrik keçiriciliyi
2
Hidrogen göstəricisi pH
3
Codluq
4
Sulfat ionu (SO4-2)
5
Nitrat ionu (NO3-)
6
Ammonium ionu NH4+
7
Xlorid ionu (Cl-)
8
Fosfatlar (PO43-)
9
Hidrokarbonat ionu (HCO3-)
10
Kalsium ionu (Ca2+)
11
Maqnezium ionu (Mg2+)

 

Atmosfer yağıntılarının çirklənmə vəziyyəti
Atmosfer yağıntılarının tərkibində olan qarışıqların qatılığının ümumi orta illik miqdarı üzrə müşahidə məntəqələri 2 qrupa ayrılır:

 

İonların miqdarı

İonların miqdarı

∑ ≤ 100 mq/l olan

∑ 100 mq/l - 200 mq / l

müşahidə məntəqələri

olan müşahidə məntəqələri

Məntəqənin adı

İonların miqdarı,

mq/l

Məntəqənin adı

İonların miqdarı,

mq/l

Quba

67,8

Pirallahı

113,9

Bakı

83,6

Sumqayıt

192,8

Qrız

53,8

 

 

Şəki

60,1

 

 

Neftçala

60,9

 

 

Gəncə

88,7

 

 

Mingəçevir

64,5

 

 

Şahdağ

43,9

 

 

Lənkəran

84,9

 

 

Xaçmaz

66,1

 

 

Xızı

56,5

 

 

Sabirabad

69,3

 

 

Qobustan

64,8

 

 


Respublika üzrə il ərzində orta hesabla atmosfer yağıntılarının kimyəvi tərkibinin 18.6 %-ni xlorid, 36.0 %-ni hidrokarbonat, 18.0 %-ni sulfat, 15.6 %-ni kalsium, 4,1 %-ni maqnezium,  6.9 %-ni nitrat, 0.5 %-ni ammonium və 0.2 %-ni fosfat ionları təşkil etmişdir.

Qanunvericilik və metodologiya

Atmosfer havasının çirklənməsinin monitorinqi “Ətraf mühitin mühafizəsi haqqında”, “Hidrometerologiya fəaliyyəti haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilib) Əsasnamə ilə həyata keçirilir. Bu sahədə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.