Səth sularının çirklənməsinin monitorinqi

Səth sularının çirklənməsinin monitorinqi

Səth sularının çirklənməsinin monitorinqi şəbəkəsi 53 əsas su obyektinə - 38 çay (Kür, Araz, Qanıx, Balakənçay, Katexçay, Kürmükçay, Talaçay, Əyriçay, Mahmuddərə, Əbildərə, Şahnabad, Ağstafaçay, Tovuzçay, Qabırrı çayı, Qoşqarçay, Kürəkçay, Şəmkirçay, Türyançay, Göyçay, Dəmiraparançay, Qudyalçay, Vəlvələçay, Qusarçay, Gilgilçay, Təngərüdçayı, İstisuçay, Lənkərançay, Viləşçay, Oxçuçay, Bəsitçay, Bərgüşad çayı, Xaçınçay, Tərtərçay, Tutqunçay, Zabuxçay, Həkəri çayı, Quruçay, Köndələnçay), 5 su anbarı (Mingəçevir, Şəmkir, Ağstafa, Suqovuşan, Köndələnçay), Abşeron yarımadasında yerləşən 9 göl (Böyükşor, Qırmızıgöl, Yasamal, Masazır, Kürdəxanı, Bülbülə, Xocəsən, Zığ, Qumyataq), ikinci ölkə ilə transsərhəd ərazidə yerləşən Candargöl, eləcə də 83 müşahidə məntəqəsinə (fon və nəzarət kəsikləri) malikdir. Bu məntəqələrdə tam və ixtisara salınmış proqramlar üzrə  su nümunələri götürülərək suyun kəmiyyət və keyfiyyət göstəriciləri üzrə təyinatlar aparılır.

 

Suyun kəmiyyət və keyfiyyət göstəriciləri üzrə cədvəl:

 S/s

Suyun kəmiyyət və keyfiyyət göstəriciləri

Hidroloji göstəricilər

Fiziki göstəricilər

Kimyəvi göstəricilər

(mq/l)

Biogen maddələr

(mq/l)

Spesifik çirkləndiricilər

Ağır metallar

(mkq/l)

1

suyun sərfi (m3/san)

temperatur (0C)

xlorid

(Cl-)

ammonium ionu

(NH4+)

Fenollar

(mq/l)

qurğuşun

(Pb)

2

suyun səviyyəsi (m)

bulanıqlıq (NTU)

sulfat

(SO42-)

nitrit ionu

(NO2-)

səthi sintetik aktiv maddələr-SSAM (mq/l)

mis

(Cu)

3

axın sürəti (m/san)

şəffaflıq (sm)

hidrokarbonat (HCO3-)

nitrat ionu (NO3-)

α -HXSH

(mkq/l)

Nikel

(Ni)

4

 

rəng, qoxu (orqanoleptik metodla)

karbonat(CO32-)

ümumi azotun cəmi (∑mqN/l)

β -HXSH

(mkq/l)

alüminium

(Al)

5

 

hidrogen göstəricisi-pH

Ümumi codluq (mq-ekv/l)

ortofosfatlar (PO43-)

γ -HXSH, (mkq/l)

dəmir

(Fe)

6

 

Suda həllolmuş oksigen-O2 (mq O/l; %)

kalsium  (Ca2+)

 

DDT

(mkq/l)

qalay

(Sn)

7

 

Elektrik keçiriciliyi

(µSm\sm)

maqnezium (Mg2+)

 

DDE

(mkq/l)

manqan

(Mn)

8

   

natrium + kalium (Na+ +K+)

 

p, p-DDD+ opDDT

(mkq/l)

xrom

(Cr)

9

   

ionların cəmi ∑

   

sink

(Zn)

10

   

oksigenin

kimyəvi sərfi- OKS(mqO/l)

   

civə

(Hg)

11

   

oksigenin 5 günlük biokimyəvi sərfi OBS5

(mqO/l)

   

kadmium

(Cd)

12

         

arsen

(As)

13

         

selen

(Se)

14

         

∑ ağır metalların cəmi



Qanunvericilik və metodologiya
Səth sularının çirklənmədən mühafizəsi istiqamətində fəaliyyətlər “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Su Məcəlləsi haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış “Ətraf mühitin və təbii ehtiyyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilib)  Əsasnamə ilə həyata keçirilir. Bu sahədə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
 
Ölkəmiz BMT-nin sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki Konvensiyasına qoşulduqdan sonra əsas tranzit çaylarımız olan Kür və Araz çaylarında suyun təmizliyinə nəzarət işlərinin dövlət tərəfindən beynəlxalq standartlara uyğun qurulması təmin edilib. Belə ki, hər iki çayda BMT-nin AİK tərəfindən hazırlanmış “Transsərhəd su axınları və beynəlxalq göllərin monitorinqi və qiymətləndirilməsi” üzrə rəhbər prinsiplərə əsaslanaraq hər dekadada monitorinq işləri təşkil edilir, laborator analizləri üçün su nümunələri götürülür.
 
Analizlər beynəlxalq İSO və QOST standartlarına əsaslanan metodikalar üzrə aparılır. Su obyektlərindən nümunələr götürülərək ilkin analizlər yerinə yetirildikdən sonra əsas kimyəvi analizlərin aparılması üçün “Azelab” MMC-yə təqdim edilir. Laboratoriyada su nümunələri üzərində keyfiyyət göstəriciləri üzrə müvafiq fiziki-kimyəvi analizlər aparılır. Suyun keyfiyyətini qiymətləndirmək məqsədi ilə аnalizlərin nəticələrinə əsasən (6 komponent üzrə) suyun çirklənmə indeksi hesablanır. Suyun təmizlik dərəcəsi 7 ballıq şkala üzrə qiymətləndirilir.

 

Hidrokimyəvi monitorinq proqramı

Analiz metodu

1

Suda həll olmuş oksigen

Oksimetr cihazı ilə ölçmə

(elektrokimyəvi metodla işləyir) 

2

Oksigenin 5 günlük

biokimyəvi sərfi (OBS5)

Şüşə qablar metodu

3

Oksigenin kimyəvi sərfi

Titrimetrik bixromat metodu

4

Nitrit ionu (NO2-)

Qriss-İlosvay reaktivi ilə spektrometrik metod

5

Nitrat ionu (NO3-)

Natrium salisilat vasitəsilə kolorometrik metod

6

Ammonium ionları (NH4+)

Nessler reaktivi ilə spektrometrik metod

7

Ortofosfat ionu (PO43-)

Mavi rəngli fosfor-molibden kompleksinin spektrometrik metodu

8

Ümumi fosfor

Kalium persulfatla oksidləşmə ilə

spektrometrik metod

9

Ümumi codluq

Xromogen qarası ilə titrimetrik metod

10

Kalsium ionu (Ca2+)

Trilon-B  ilə titrimetrik metod

11

Maqnezium ionu (Mg2+)

Hesablanma metodu

12

Natrium, kalium ionları (Na+, K+)

Atom absorbsiya,  hesablanma metodu

13

Hidrokarbonat ionu (HCO3-)

Titrimetrik metod

14

Sulfat ionu (SO42-)

Qurğuşun nitratla ditizonun iştirakı ilə titrimetrik   metod             

15

Xlorid ionu (Cl-)

Argentometrik metod

16

Sintetik səthi aktiv maddələr

Metilen göyü ilə spektrometrik metod

17

Fenollar

Qırmızı qan duzu ilə spektrometrik metod

18

Xlorüzvi pestisidlər

Qaz xromotoqrafiya metodu

19

Hidrogen göstəricisi

Potensiometrik

20

Elektrik keçiriciliyi

Konduktometrik

21

Rəng

Orqanoleptik metod

22

Qoxu

Orqanoleptik metod

23

Şəffaflıq

Sneller şrifti vasitəsi ilə təyinat

24

Bulanıqlıq

Turbidimetrik metodu

25

Asılı bərk hissəciklər

Qravimetrik metod