Rvarud Dövlət Təbiət Yasaqlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə Lerik rayonununda yaradılmışdır. Ümumi sahəsi 510 hektardır.
Burada ot bitkilərindən ərazidə qızılı gəvən (Astragalus aureus), acılıq (Ephedra sp.), yovşan (Artemisia sp.), kəklikotu (Thymus sp.), ağbığ (Nardus sp,), məryəmnoxudu (Teucrium sp.), sığırquyruğu (Verbascum sp.), boymadərən (Achillea sp.), şiyav (Stipa sp.) daha çox yayılmışdır.
Burada quşlardan əsasən adi çil kəklik (Perdix perdix), xınalı kəklik (Alectoris chukar), qartal növləri (Aquila sp.), qırğı növləri (Accipiter sp.), məməlilərdən Bezoar keçisi (Capra aegagrus), zolaqlı kaftar (Hyaena hyaena), çöl donuzu (Sus scrofa), boz dovşan (Lepus europaeus), boz canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes) və s. məməli heyvanlar yayılmışdır.