Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
“_06___” ____aprel____2018-ci il tarixli
181/ü nömrəli Əmri ilə təsdiq edilmişdir.
“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin
SİYAHISI
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aşağıdakı göstərilən vəzifəli şəxsləri tərəfindən tərtib edilir:
- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 229, 262, 264.0.3 və 264.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından:
1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri;
1.2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavinləri;
1.3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri;
1.4. Ekologiya və Təbiəti Mühafizə Siyasəti Şöbəsinin müdiri, həmin şöbədə Ekoloji siyasət sektorunun müdiri, həmin sektorda baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
1.5. İstehsalat Siyasəti Şöbəsinin müdiri, onun müavini, həmin şöbədə Ətraf mühitin monitorinqi və ekspertiza işlərinin təşkili sektorunun müdiri, həmin sektorda baş məsləhətçi, aparıcı məsləhətçi;
1.6. Hüquq Şöbəsinin müdiri, həmin şöbədə Hüquqi təhlil və ekspertiza sektorunun müdiri, həmin sektorda baş məsləhətçi, aparıcı məsləhətçi;
1.7. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru, onun müavini, həmin Departamentdə Ətraf mühiti əhəmiyyətli dərəcədə çirkləndirmə potensiallı obyektlərə nəzarət sektorunun müdiri, həmin sektorda baş məsləhətçi, aparıcı məsləhətçi, Ətraf mühitin mühafizəsinə və təbii ehtiyatlara dair qanunvericiliyin icrasına nəzarət sektorunun müdiri, həmin sektorda baş məsləhətçi-müfəttiş, aparıcı məsləhətçi-müfəttiş, məsləhətçi-müfəttiş, Yerüstü su ehtiyatlarının və atmosfer havasının mühafizəsi sektorunun müdiri, həmin sektorda baş məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;
1.8. Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru, onun müavini, həmin Departamentdə Ətraf mühitin mühafizəsi sektorunun müdiri, həmin sektorda baş məsləhətçi-müfəttiş, məsləhətçi-müfəttiş;
1.9. Ərazi ekologiya və təbii sərvətlər şöbələrinin müdirləri, onların müavinləri, həmin şöbədə Ətraf mühitin mühafizəsi sektorunun müdiri, həmin sektorda baş məsləhətçi-müfəttiş, aparıcı məsləhətçi-müfəttiş, məsləhətçi-müfəttiş;
1.10. Qubadlı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi, həmin idarədə Torpaq, su ehtiyatları, atmosfer havasının və floranın (meşə) mühafizəsi sektorunun müdiri, həmin sektorda baş məsləhətçi, məsləhətçi;
1.11. Şuşa Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi, həmin idarədə Su ehtiyatlarına, atmosfer havasına və ərzaq məhsularına ekoloji nəzarət sektorunun müdiri, həmin sektorda məsləhətçi;
1.12. Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi, həmin idarədə Torpaq, su ehtiyatları, atmosfer havasının və floranın (meşə) mühafizəsi sektorunun müdiri, həmin sektorda məsləhətçi.