1969-cu ilin iyul ayında Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131 hektar sahəsi Milli Park elan edilmişdir. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. Hal-hazırda yasaqlığın ərazisi 27869 hektardır.
Yasaqlığın yaradılmasında məqsəd ərazidəki nadir və qiymətli heyvanları qoruyub artırmaqdır.Ərazidə Bezoar keçisi (Capra aegagrus), Qafqaz köpgəri (Rupicapra rupicapra), daşlıq dələsi (Martes foina), boz canavar (Canis lupus), adi çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes) və s. məməli heyvan növlərinə, adi turac (Francolinus francolinus), adi qırqovul (Phasianus colchicus), adi çil kəklik (Perdix perdix), adi bildirçin (Coturnix coturnix), alabaxta (Columba palumbus) və s. quş növlərinə rast gəlinir.