28 Yanvar 2021
Brakonyerlər Qızılağac milli parkının əməkdaşlarına atəş açaraq yaralayıb27 yanvar 2021-ci il tarixində gecə saatlarında Qızılağac Milli Parkının Kiçik Körfəz ərazisinə icazəsiz daxil olan və ova cəhd edən naməlum şəxslər xidməti vəzifələrini yerinə yetirən milli parkın əməkdaşlarına atəş açıb. Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə bildirib.