01 Fevral 2021
Milli parklarda “açıq qapı” günü keçiriləcək“Ümumdünya Su-Bataqlıq günü” ilə əlaqədar fevralın 2-də Şirvan, Qızılağac və Ağgöl milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad ediləcək. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.