25 Avqust 2025
Havada toz müşahidə olunurAvtomatik stansiyalardan əldə edilən məlumata görə, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır. Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.