31 Mart 2023
Meşələrin İnkişafı Xidmətində təcrübə keçən tələbələr Şabran rayonunun meşə fondu torpağında keçirilən ağacəkmədə iştirak edib.Azərbaycan Dövlət İqtisad Universitetinin və Qərbi Kaspi Universitetinin Kollecinin “meşə və meşə-park” ixtisası üzrə təhsil alan tələbələri bu gün keçirilən ağacəkmə zamanı yeni meşə əkinləri, meşəbərpa tədbirlərinin aparılması üsulları və onların tətbiqi qaydaları ilə tanış olublar.