Növbəti ting paylama aksiyası keçirilib
30 Mart 2023, 19:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Araz" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Bir ağac-min nəfəs" devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası keçirilib.
Günəşli qəsəbəsində Araz marketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 39 ədəd işlənmiş batareya, ümumi tutumu 107 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.
Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olmağa çağırırıq.
Qeyd edək ki, ting paylama aksiyalarının keçirilməsi ilə bağlı elanlar Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.