Aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasından, Mingəçevir su anbarından, Kür və Təngərüd çaylarından sintetik torların yığışdırılması həyata keçirilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göyçay rayonunun Şəhadət kəndində vətəndaş Bəhruz Məmmədova məxsus taxta emalı sexində qanunsuz yolla əldə edilmiş 3,5 m3 həcmində işlik meşə materialı müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Abşeron rayonu, Atyalı qəsəbəsində, Ağsu rayonu, "Kamran" kafesinin ərazisində, İsmayıllı rayonu, Bizlan kəndində fəaliyyət göstərən qəssab dükanının yaxınlığında və İmişli rayonu, Bəhramtəpə qəsəbəsindəki “Dostlar” marketində formalaşan tullantıların ətrafa atılaraq qalaqlandığı müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Binəqədi rayonu, Binəqədi şossesi 1 ünvanında fəaliyyət göstərən mebel istehsalı müəssisəsinin ətrafında, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərən "CMT Grup" MMC-yə məxsus suvaq və yapışdırıcı istehsalı müəssisəsinin ətrafında, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində fəaliyyət göstərən maşın təmiri sexinin qarşısında, İmişli rayonunun Heydər Əliyev prospektində, Saatlı rayonunun Genişkənd kəndində və Beyləqan rayonunun Milabad qəsəbəsindəki ərzaq mağazalarının ətrafında tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.