Xəbərlər

Xəzərin Xaçmaz və Astara sahilləri tullantılardan təmizlənib

24 İyul 2023, 18:25

22 iyul tarixində keçirilən “Təmiz ölkəm” təmizlik aksiyaları zamanı Xəzər dənizinin Xaçmaz və Astara sahilləri də tullantılardan təmizlənib.

Nazirliyin regional bölmələrinin, yerli icra orqanlarının əməkdaşlarının, yerli Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin və sakinlərin iştirakı ilə keçirilən aksiyalar zamanı ümumilikdə 2 tondan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.

Bir daha vətəndaşlara səslənərək bildirmək istəyirik ki, dəniz kənarı ərazilərdə, meşələrdə, milli parklarda və digər təbiət ərazilərində istirahət edərkən tullantıları ətrafa atmasınlar, özlərindən sonra ərazinin təmizliyinə riayət etsinlər.

Təbiətdə ayaq izlərimiz qalsın, tullantılar deyil!