01 Avqust 2023
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatıDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl rayonunun Qırıxlı, Ucar rayonunun Qarabörk kəndləri ərazisində, Şabran rayonunun Taxtakörpü su anbarında fəaliyyət göstərən “Xaçmaz ES” MMC-də, Goranboy rayonunun Boluslu kəndində yerləşən "Goranboy Elektronika", "İdeal elektronik" mağazalarında yaranan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib.