Xəbərlər

Xəzər dənizində kompleks ekoloji tədqiqatlar keçirilib

01 Avqust 2023, 11:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşlarından ibarət ekspedisiya qrupu tərəfindən Xəzər dənizində Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə keçirilən növbəti kompleks ekoloji monitorinqlər başa çatıb.

Monitorinqlər zamanı Xəzər dənizinin Muxtadır, Quba, Siyəzən, Giləzi, Cənub-Şərqi Qoltuq, Şimal-Şərqi Qoltuq, Lənkəran, Kür dili və Şahağacı kəsimlərində dənizin hidrobioloji vəziyyəti təhlil edilib, su, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb.