09 Avqust 2023
Abşeron Milli Parkında turistlər 12 km məsafəni velosipedlə, 9 kilometr məsafəni isə piyada qət ediblərİnsanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi və ümumilikdə ekoturizmin inkişafı məqsədi ilə “Ekohiking” turizm qurumu tərəfindən Abşeron Milli Parkında turist qrupları üçün velotur və piyada yürüş təşkil edilib.