Xəbərlər

Abşeron Milli Parkında turistlər 12 km məsafəni velosipedlə, 9 kilometr məsafəni isə piyada qət ediblər

09 Avqust 2023, 21:30

İnsanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi və ümumilikdə ekoturizmin inkişafı məqsədi ilə “Ekohiking” turizm qurumu tərəfindən Abşeron Milli Parkında turist qrupları üçün velotur və piyada yürüş təşkil edilib.

Milli park tərəfindən təqdim olunan velosipedlərlə ziyarətçilər 12 km məsafəni velosipedlə, 9 km məsafəni isə piyada qət ediblər.

Turist qrupları üçün velo və piyada yürüşlərin bundan sonra da təşkili nəzərdə tutulub.