”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Access Bank”ın baş ofisindən, Gəncə, İsmayıllı, Lənkəran və Zaqatala region filiallarından, “Kapital Bank”ın baş ofisindən, “Bravo” supermarketlər şəbəkəsinin Gənclik Mall filialından, “Landau school” məktəbindən və “Fly Inn Baku” mehmanxanasından ümumilikdə 125 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 12:00-a olan məlumatına əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur. Naxçıvan MR, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.
Qlobal iqlim dəyişmələrinin təsiri ilə bu ayda atmosfer prossesləri daha dinamik xarakterli olur. Belə ki, qısa zaman ərzində həm isti dövr, həm də soyuq dövr üçün xarakterik olan hava şəraiti formalaşır. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 15-dən ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.