Xəbərlər

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində işlənmiş batareyaların toplanması davam edir

15 Fevral 2024, 14:15

”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Access Bank”ın baş ofisindən, Gəncə, İsmayıllı, Lənkəran və Zaqatala region filiallarından, “Kapital Bank”ın baş ofisindən, “Bravo” supermarketlər şəbəkəsinin Gənclik Mall filialından, “Landau school” məktəbindən və “Fly Inn Baku” mehmanxanasından ümumilikdə 125 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.

Qeyd edək ki, batareyaların tərkibindəki ağır metallar və digər zəhərli komponentlər ətraf mühitə və insan sağlamlığına potensial təhlükə yaradır. İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu / Red Hearts Foundation tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib.

Layihə çərçivəsində Bakıda və regionlarda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, təhsil müəssisələrində, banklarda və hotellərdə ümumilikdə 300-dən artıq məntəqədə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir. Hal-hazıradək 1362 kq işlənmiş batareya təhvil alınıb.



Collection of used batteries continues within the framework of the project "Hand over the batteries, protect the nature"

Within the framework of the project "Hand over the batteries, protect the nature", from Access Bank head office, Ganja, Ismayilli, Lankaran and Zagatala region branches, Kapital Bank head office, Ganjlik Mall branch of Bravo supermarket network, Landau school and Fly Inn Baku hotel, a total of 125 kg of batteries were collected and handed over to "Dangerous Waste" LLC.

It should be noted that heavy metals and other toxic components in batteries pose a potential threat to the environment and human health. The Ministry of Ecology and Natural Resources and Red Hearts Foundation launched the project "Hand over batteries, protect nature" on May 1, 2022 in order to sort out and dispose of useless electric batteries and disinfect them under special conditions.

Within the framework of the project, delivery boxes are supported by placing in various governmental institutions, companies, market networks, educational institutions, banks and hotels in total at more than 300 points in Baku and regions. So far 1362 kg of used battery has been handed over.