"Qış fəslinə xarakterik olmayan anomal isti hava şəraitinin səbəbi sinoptik şəraitlə əlaqədar cənub istiqamətli isti hava axınının ölkə ərazisinə daxil olmasının təsiridir ki, bunun nəticəsində fevralın ilk ongünlüyündə Bakıda və Abşeron yarımadasında 22-24, rayonlarda isə 22 dərəcəyədək isti qeydə alındı."
”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Access Bank”ın baş ofisindən, Gəncə, İsmayıllı, Lənkəran və Zaqatala region filiallarından, “Kapital Bank”ın baş ofisindən, “Bravo” supermarketlər şəbəkəsinin Gənclik Mall filialından, “Landau school” məktəbindən və “Fly Inn Baku” mehmanxanasından ümumilikdə 125 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 12:00-a olan məlumatına əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur. Naxçıvan MR, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.
Qlobal iqlim dəyişmələrinin təsiri ilə bu ayda atmosfer prossesləri daha dinamik xarakterli olur. Belə ki, qısa zaman ərzində həm isti dövr, həm də soyuq dövr üçün xarakterik olan hava şəraiti formalaşır. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.