22 Oktyabr 2024
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə məlumatıEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində davam edən yağıntılı hava şəraiti 22 oktyabr 2024-cü il tarixində günün ikinci yarısından etibarən Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.