Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb
22 Oktyabr 2024, 10:45
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunsa da, respublika ərazisindən axan əksər çayların sululuğunda artım qeydə alınmayıb. Lakin Lənkəran-Astara bölgəsinə yağan leysan xarakterli intensiv yağıntılarla əlaqədar Lənkəran rayonu ərazisindən axan Lənkərançayda suyun səviyyəsində 7 sm artım müşahidə olunur. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.