11 İyul 2024
Ümumrespublika Təmizlik Marafonuna start verilib“Təmiz ölkəm” devizi altında keçirilən Ümumrespublika Təmizlik Marafonu bu gün Xəzər dənizinin Sumqayıt sahilində, İsmayıllı rayonu Talıstan, Şəki rayonu Kiş, Qusar rayonu Qusar, Xızı rayonu Giləzi, Cəlilabad rayonu Göytəpə meşəbəyliklərində, Qubadlı rayonu Tinli kəndi, Tovuz rayonu Muncuxlu kəndi ərazisində, Lənkəran rayonu Xanbulan gölü ətrafında, Türyançay çayının Ağdaş rayonu ərazisindən keçən hissəsində və digər ərazilərdə keçirilib.