16 Sentyabr 2026
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıqMilli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.