Xəbərlər


16 sentyabr — Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

16 Sentyabr 2026, 10:33

Ozon təbəqəsinin qorunması üzrə qlobal əməkdaşlığın əsası 1985-ci ildə qəbul edilmiş “Ozon qatının qorunması haqqında Vyana Konvensiyası” ilə qoyulub. Bu səylər 1987-ci ilin sentyabrında “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”nun qəbul edilməsi ilə daha da güclənib.

2026-cı ilin mövzusu — “Daha sərin planet üçün qlobal fəaliyyət” — ozon təbəqəsinin qorunması ilə yanaşı, iqlimin mühafizəsi və dayanıqlı soyutma həllərinin təşviqinə diqqət çəkir, beynəlxalq öhdəliklərin əməli fəaliyyətə çevrilməsində kollektiv səylərin əhəmiyyətini vurğulayır.